Yevlaxda azyaşlıya məcburi narkotik verilib? – Videobackend

Yevlaxda azyaşlıya məcburi narkotik verilib? - Video

Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.

KONKRET.az xəbər verir ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.

Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.

Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, hadisə barədə Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı “Xəzər Xəbər”in süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*