Yevlaxda ikimərtəbəli ev yandıbackend

Yevlaxda ikimərtəbəli ev yandı

Yevlax şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*