“Gecə saatlarında bəzi saytlar qatarla avtomobil toqquşması barədə məlumat yayıb. Qatarla toqquşma hadisəsi olmayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
“Gecə saatlarında “Kia Sorento” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb. Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb”, – deyə məlumatda qeyd olunub.