Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, “Vaz 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 1970 – ci il təvəllüdlü Qarayev Məmməd, onun 2013 – cü il təvəllüdlü oğlu Qarayev Ümid və ailənin 1965 – ci il təvəllüdlü bacanağı Yusifov Nizam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azyaşlı uşaq əməliyyat olunub hazırda narkoz altındadır. Bir ailənin üzvləri olan hər üç şəxs Yevlax rayon sakinləridir.
16:25
Yevlaxda minik maşını traktorla toqquşub, yaralananlar var.
KONKRET.az-ın məlumatına görə, hadisə Gülövşə kəndi yaxınlığından keçən magistral yolda baş verib.
“Vaz 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər şəxs təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.