“Yol polisini ləğv edirik, bundan sonra…” – Rusiyada dəyişiklikbackend

“Yol polisini ləğv edirik, bundan sonra…” – Rusiyada dəyişiklik

Rusiyadakı Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinə əvvəlki adı qaytarılıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin rəisi Mixail Chernikov bildirib.

“Biz indi Dövlət Yol Müfəttişliyinə çevrilmişik, yol polisini ləğv edirik, qanunvericiliklə tənzimləmişik”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, “QAİ” kimi tanınan Dövlət Avtomobil Müfəttişliyi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1936-cı ildə yaradılıb və 1990-cı illərin sonundan bu idarə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinə çevrilmişdi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*