Yol polisinin maşını qəzaya düşdü – Xəsarət alan varbackend

Yol polisinin maşını qəzaya düşdü - Xəsarət alan var

Gəncədə polisin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” ilə 99-YP-227 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili toqquşub. Qəza nəticəsində Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*