Əməkdar artist Cavanşir Məmmədovun ATV kanalında həyat yoldaşı ilə bağlı danışdığı hadisə izləyicilərin tənqid hədəfinə tuş gəlib.
KONKRET.az xəbər verir ki, o, “Günün sədası” proqramında çıxışı zamanı bir neçə il öncə başına gələn hadisə barədə danışıb. Müğənni dələduz adlandırdığı bir şəxslə aralarında yaranan mübahisəyə görə onunla görüşməli olduğunu deyib. Əlavə edib ki, bu zaman həyat yoldaşı da məsələyə müdaxilə etməyə can atıb:
“Yoldaşım dedi ki, icazə ver həmin adamla haqq-hesabı özüm çəkim. Dedim ki, nə edəcəksən? Dedi, vuracam onu. Mən də ona “elə bil ki, artıq vurmusan, qalan şeylər mənlikdi”, – dedim”.
Müğənni bu olayı həyat yoldaşının sədaqəti kimi dilə gətirsə də, aparıcı tərəfindən də birmənalı qarşılanmayıb. Nanə Ağamalıyeva çaşqınlıq içərisində müğənninin sözlərinə düzəliş edib:
“Yəqin ki, əsəbindən belə deyib. Çünki güc tətbiq etmək, kiməsə əl qaldırmaq qətiyyən olmaz”.
KONKRET.az