Yolun üzərində uzandı: Maşın üstündən keçdibackend

Yolun üzərində uzandı: Maşın üstündən keçdi

İmişli rayonunda avtomobil yolun üzərində uzanmış şəxsi vurub öldürərək qaçıb.

KONKRET.az xəbər verir ki, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən asfalt örtüyünün üzərində uzanmış vəziyyətdə olan İmişli rayon Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Fərman Qəhrəman oğlu Xasayevi görməyib. Bu zaman sürücü avtomobillə onun üzərindən keçib. Nəticədə Z.Murtuzayev F.Xasayevin ehtiyatsızlıqdan ölümünə səbəb olub və avtomobili saxlamayaraq hadisə yerindən qaçıb.

İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*