Yoluxanların bugünkü sayı – ÖLƏN YOXDURbackend

Yoluxanlarla bağlı bugünkü statistika - ÖLƏN YOXDUR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 572 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4553, ötən müddət ərzində isə ümumilikdə 6 776 404 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*