“YouTube”da baxış sayına görə “Ginnesin Rekordlar Kitabı”na düşdü – VİDEObackend

“YouTube”da baxış sayına görə "Ginnesin Rekordlar Kitabı"na düşdü - VİDEO

Cənubi Koreyanın dünyaca məşhur “BLACKPINK” qrupu “YouTube”da baxış sayına görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qrupun idarəedici şirkəti “YG Entertainment” məlumat yayıb.

Qeyd edək ki, Cənubi Koreyalı sənətçilərin YouTube kanalı 2016-cı ilin iyununda yaradılıb. Aprelin 10-na olan məlumata görə, qrupun kanalında video baxışların ümumi sayı 30 milyardı keçib və bu göstəriciyə görə “BLACKPINK” kanadalı müğənni Castin Biberi ötüb.

Bildirilib ki, bu, musiqi qrupunun ilk rekordu deyil. Belə ki, BLACKPINK” 21-ci dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Hazırda Cənubi Koreya qrupunun kanalına baxış sayı 30,3 milyarda çatıb, abunəçilərin sayı isə 86,9 milyon nəfərdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*