YouTube Marqarita Simonyanın ABŞ-a qarşı hazırladığı VİDEOLARI sildibackend

YouTube Marqarita Simonyanın ABŞ-a qarşı hazırladığı VİDEOLARI sildi

YouTube “Tenet Media” kanalını və onun sahibi Lauren Çenə məxsus digər dörd kanalı bağlayıb. Xatırladaq ki, çərşənbə günü ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın təbliğat maşını olan Tenet-ə cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Yeri gəlmişkən, “Tenet” Tennessi ştatından olan Amerika şirkəti olsa da, əslində onun fəaliyyətini “Russia Today”in (RT) əməkdaşları Konstantin Kalaşnikov və Yelena Afanasyeva idarə edib.

Ədliyyə Nazirliyinin ittiham aktına əsasən. Nyu-Yorkun Cənub Dairəsi məhkəməsinə təqdim edilən sənəddə qeyd edilib ki, onların fəaliyyətinə RT-nin baş redaktoru, erməni jurnalist Marqarita Simonyan nəzarət edib.

Ədliyyə Nazirliyinin sənədində şirkətin adı göstərilmir, ancaq “The Wall Street Journal” və Reuters bu şirkətin “Tenet Media” olduğunu üzə çıxarıb.

RT əməkdaşları 2024-cü ildə keçiriləcək prezident seçkilərinə təsir etmək üçün Amerika şirkətindən istifadə ediblər və bunun üçün təxminən 10 milyon dollar xərclənib.

Tenet tərəfindən çəkilmiş 2000-ə yaxın video YouTube, TikTok, Instagram və X-də yerləşdirilib. Bu videolar yalnız YouTube-da 16 milyondan çox baxış əldə edib.

“Videoların mövzusu və məzmunu çox vaxt Rusiya hökumətinin Birləşmiş Ştatlarda daxili parçalanmaları artırmağa və Ukraynada davam edən müharibədə ABŞ-ın müqavimətini zəiflətməyə həsr olunub.

Moskvadan olan Kalaşnikov və Afanasyeva şirkəti əslində idarə ediblər və nüfuzlu amerikalılarla sosial şəbəkələrdə müqavilə imzalayıblar ki, bu videoları öz platformalarında paylaşsınlar.

Bununla belə, şirkət heç vaxt nə RT, nə də Rusiya hökuməti ilə əlaqələrini gizlətməyib”, deyə Baş prokuror Merrik Qarland bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*