Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı – Ölən və xəsarət alan varbackend

Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən və xəsarət alan var

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BDYPİ-dən KONKRET.az-a verilən məlumata görə, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, yük maşını texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı vtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*