Xəbər verdiyimiz kimi, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.
Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
KONKRET.az xəbər verir ki, yeni təyinatla bağlı Mehriban Ələkbərzadə təəssüratlarını bölüşüb.
Əməkdar incəsənət xadimi bildirib ki, Akademik Milli Dram Teatrında 27 illik təcrübəyə malikdir:
“Mən ilk addımlarımı o teatrda atmışam. Ona görə belə də olmalı idi. Təbii ki, yeniliklər olacaq. Mən hər dəfə fəaliyyətimin yeni, böyük mərhələsini yeni bir teatrda edirəm”.//Musavat