Yunan müğənni Türkiyədən qovuldu – VİDEObackend

Yunan müğənni Türkiyədən qovuldu - VİDEO

Yunan müğənni Despina Vandi Çeşmə konsertində səhnəyə çıxmayıb.

KONKRET.az xəbər verir ki, sənətçi konsertdən əvvəl səhnədəki Türkiyə bayrağı və Atatürk afişasının endirilməsini istəyib. Çeşmə Bələdiyyə Başçısı Lal Dənizli buna sərt reaksiya göstərərək müğənnidən şəhəri tərk etməsini istəyib.

Qeyd edək ki, Türkiyə Təhsil Vəqfi İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında təhsilin xeyrinə konsert təşkil olunub.

Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi səhnəyə çıxmayıb.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar sənətçinin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini bildirib. Konsertdə Despina Vandi ilə səhnəni paylaşması planlaşdırılan TEV xoru İzmir marşını oxuduqdan sonra tamaşaçılar da himni müşayiət ediblər.

Səhnəyə çıxan Çeşmə Bələdiyyə Başçısı Lal Dənizli bunları bildirib:

“O, türk bayrağının və Atatürkün portretinin endirilməsini istəyirdi. Ona görə də beləsini gözləməyin. Məncə o, sizin sevginizə layiq bir insan deyil. Bu torpaqları qazanmaq üçün çox şəhid verdik. Buna baxmayaraq, biz qardaşlığın və əbədi dostluğun həmişə qalib gələcəyinə inanan insanlarıq”.

Baş verənlərin yunan müğənniyə dərs olacağına ümid etdiyini ifadə edən Dənizli sözlərini belə davam etdirib:

“Heç bir güc nə bayrağımızı, nə də Atatürkün plakatını endirməyə cəhd edə bilməz. Bunu ağlına belə gətirə bilməz. Xanım bu şəhərin sərhədlərini dərhal tərk etməlidir. Sakit və dinc şəkildə. Ümid edirəm ki, müğənni başqa ölkələrdə konsert verməyə hazırlaşanda da dövlətlərin rəmzinə çevrilən bayraqları endirməyi ağlına belə gətirməyəcək. Qoy, bu, ona tarixi dərs olsun!”.

Çıxışdan sonra konsert TEV xorunun ifasında mahnılarla davam edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*