Yunan nazir ölkəsindən qovduğu səfirin ayağına getdibackend

Yunan nazir ölkəsindən qovduğu səfirin ayağına getdi

Yunanıstan Baş naziri Kiriakos Miçotakis ölkəsinin Liviya ilə pozulan münasibətlərini yoluna qoymaq məqsədilə Tripoliyə səfər edib.

KONKRET.az xəbər verir ki, Tripoliyə gələn Miçotakis burada Liviyanın Ali Şurasının sədri Məhəmməd Mənfi ilə görüşüb.

Qeyd edək ki, hazırda Liviyada keçici hökumətin başında duran Məhəmməd Mənfi bir zamanlar Liviyanın Afinadakı səfiri vəzifəsində işləyib.

Lakin 2019-cu ildə Liviya və Türkiyə arasında əldə edilən razılaşmadan sonra Miçotakis Liviyanın Afinadakı o dövrdəki səfiri Məhəmməd Mənfini deportasiya edib. Hazırda isə Mənfi Liviyada əsas aparıcı şəxs sayılır. Beləliklə, yunan baş naziri Miçotakis bir zamanlar Afinadan qovduğu şəxsin ayağına gedərək onunla şəxsi deyil Yunanıstan-Liviya münasibətlərini düzəltmək istədiyini bildirib./telegraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*