Yunanıstandakı yanğın kosmosdan görüntüləndi – FOTOLARbackend

Yunanıstandakı yanğın kosmosdan görüntüləndi - FOTOLAR

“Maxar Technologies” şirkəti Rodos adasında (Yunanıstan) alovlanan meşə yanğınlarının peyk şəkillərini nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, fotolar iyulun 23 və 24-də çəkilib.

Qeyd edək ki, yanğınlar Yunanıstandakı güclü istilər fonunda başlayıb.

Məlumata görə, Rodosda 30 min insan təxliyə edilib. Keçən həftə sonu yanğın adanın cənub-şərq sahillərindəki kurortlara çatıb. Rodos adasında təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan edilib.

Yunanıstanda bir həftədir ki, meşə yanğınları davam edir. Şənbə günü axşam yanğın “Glystra Beach” yaxınlığındakı sahilə çatıb. Bazar günü Yunanıstanın 180 yerində havanın temperaturu 40°C-ə çatıb. Ən yüksək temperatur (+46,4 ° C) Peloponnesin cənub hissəsindəki Yition şəhərində qeydə alınıb. Bazar ertəsi havanın temperaturu 38 dərəcəyə enib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*