Yusif Nuri: “9 milyona yaxın savadsız insan var”backend

Yusif Nuri: “9 milyona yaxın savadsız insan var”

İranın sabiq təhsil naziri Yusif Nuri bildirib ki, 2015-ci ilin siyahıyaalınmasına əsasən, ölkədə 8 milyon 795 min təhsilsiz insan var.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat verib.

Yusif Nuri ölkəsində təhsilin vəziyyəti ilə bağlı İran televiziyasının Təhsil kanalında çıxış edərkən deyib:

“Bizim İran Statistika Mərkəzinin açıqladığı hesabatlara əsaslanan 2015-ci ildə savadsızlar haqqında statistik məlumatlarımız var”.

Qeyd edək ki, İranda 9 milyona yaxın təhsilsiz insanın olması ölkə əhalisinin təxminən 10%-nin mütləq savadsızlığı deməkdir ki, bu da yüksək göstəricidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*