“Yuventus”un sabiq futbolçusu 32 yaşında öldübackend

“Yuventus”un sabiq futbolçusu 32 yaşında öldü

Sabiq futbolçusu Niko İdalqo vəfat edib.

Konkret.az Axar.az-a istinadən xəbər verir ki, İdalqo 32 yaşında dünyasını dəyişib.

Keçmiş yarımmüdafiəçi 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı. O, futbolçu karyerasını 2021/2022 mövsümündə İspaniya “Estremadura”sında başa vurub.

Qeyd edək ki, Niko İdalqo 2014 – 2017-ci illərdə “Yuventus”un oyunçusu kimi qeydiyyata alınsa da, “Kadis” və “Qranada”nın B komandasında icarə əsasında çıxış edib. O, peşəkar karyerası ərzində 234 oyunda 15 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*