“Yuventus”un sabiq prezidenti məhkəmə qarşısına ÇIXARILIR – FOTObackend

"Yuventus"un sabiq prezidenti məhkəmə qarşısına ÇIXARILIR - FOTO

Turin şəhər prokurorluğu İtaliyanın “Yuventus” futbol klubunun sabiq prezidenti Andrea Anyelli və digər rəhbər şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çağırış vərəqəsi hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, 11 nəfər İtaliyanın ən titullu klubunun maliyyə idarəçiliyində pozuntularda şübhəli bilinir. İstintaq xüsusilə, 2018-2021-ci illərdə “Yuventus”da oynamış portuqaliyalı hücumçu Kriştiano Ronaldo da daxil olmaqla oyunçuların şişirdilmiş alış məbləğləri ilə bağlı olub.

Qeyd olunub ki, klub rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlar üzrə saxta gəlir bəyannaməsi verməkdə, audit nəzarətinə mane olmaqda ittiham oluna bilər.

Klub bu iddiaları əsassız adlandırıb.

Xatırladaq ki, “Yuventus”un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved də daxil olmaqla idarə heyətinin əksər üzvləri istefa verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*