Yuxarı Lars yolu yenə bağlandıbackend

Yuxarı Lars yolu yenə bağlandı

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu iri tonnajlı yük avtomobilləri üçün bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunda əlverişsiz hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*