Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapıldı – YENİLƏNİBbackend

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

19.08.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan bir nəfərin axtarışları başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən batan şəxsin meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

20:08:2022 – 09:10

Yuxarı Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*