Demensiya da daxil olmaqla idrak pozğunluğunun səbəb olduğu beyin xəstəlikləri xroniki yuxu çatışmazlığının nəticəsi ola bilər.
KONKRET.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Pensilvaniya Universitetinin Tibb Kollecinin alimləri gəliblər.
Alimlər müəyyən ediblər ki, yuxusuzluq və gecə altı saatdan az yatmaq insanda davamlı koqnitiv problemlərin yaranmasına səbəb olur.
“Yuxusuzluğun müntəzəm olmaması idrak qabiliyyətinin pozulması, o cümlədən demensiya riskini ikiqat artırır”, – tibb sahəsi üzrə ekapertlər deyib.
Tədqiqatçılar yuxu problemi olan insanların necə yatdığını müşahidə edərək yuxusuzluqdan yaranan beyin xəstəliklərini müəyyən ediblər. Onların fikrincə, ən çox yuxu və yuxusuzluqla bağlı problemlər vaxtında yuxuya gedə bilməmək və gecə tez-tez oyanmaq kimi özünü göstərir.
Ekspertlərin fikrincə, bu, beynin tam istirahət etməsinə və potensial zərərli maddələrdən tam təmizlənməsinə imkan vermir. Nəticədə, beyin xəstəlikləri və digər təhlükəli anormallıqlar riski artır.
Layihənin müəllifləri həmçinin yuxusuzluğa və az yuxulamağa səbəb ola biləcək beş təhlükəli xəstəliyin adını çəkiblər.
“Yuxu pozğunluğu olan orta yaşlı və yaşlı insanlarda vaxtından əvvəl demensiyaya daha çox rast gəlinir. Bundan əlavə, yuxu çatışmazlığı ürək-damar və endokrin xəstəliklərin, o cümlədən şəkərli diabet, depressiya və bir sıra psixi pozğunluqların inkişafına səbəb olur”, – tədqiqatçılar qeyd ediblər.
