Yuxusuzluq və güclü gecə tərləməsi xərçəngə işarə edir?backend

Yuxusuzluq və güclü gecə tərləməsi xərçəngə işarə edir?

Xeyriyyə təşkilatı “Cancer Research UK” mütəxəssisləri xərçəng xəstəliyinə işarə edə biləcək iki gecə simptomunu açıqlayıb.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Surrey Live” nəşri məlumat yayıb.
Söhbət yuxusuzluq və güclü gecə tərləməsindən gedir. Ekspertlər bildiriblər ki, bu əlamətlər təkbaşına xərçəng diaqnozu demək deyil və başqa səbəblərlə də əlaqəli ola bilər. Lakin bu simptomlar mütəmadi müşahidə olunarsa, sağlamlığa diqqət yetirilməsi tövsiyə olunur.
Xüsusilə insanın yuxudan tam islanmış halda oyanmasına səbəb olan güclü gecə tərləməsinə diqqət yetirilməlidir. Bu hal səbəbsiz hərarət artımı ilə də müşayiət oluna bilər. Belə əlamətlər infeksiyalar, dərman qəbulu və ya hormonal dəyişikliklərlə bağlı ola bilər, lakin bəzi hallarda limfoma kimi xərçəng növlərində də müşahidə olunur.
Yuxusuzluq isə yuxuya getməkdə çətinlik, tez-tez oyanma və ya çox erkən oyanma kimi hallarla özünü göstərə bilər. NHS məlumatına görə, hər üç nəfərdən biri həyatında ən azı bir dəfə yuxu pozuntusu ilə üzləşir. Bunun səbəbləri stress, narahatlıq və ya müxtəlif xəstəliklər ola bilər. Xərçəng hallarında isə yuxusuzluq bəzən ağrı, ümumi vəziyyətin pisləşməsi və ya müalicənin yan təsirləri ilə bağlı olur.
“Cancer Research UK” bildirir ki, davamlı yuxusuzluq yorğunluq, diqqət azalması və əsəbiliklə müşayiət oluna bilər.
Xərçəngin digər mümkün əlamətləri arasında xroniki yorğunluq, səbəbsiz qanaxmalar və ya göyərmələr, ağrı, çəki itkisi və bədəndə şişkinliklərin əmələ gəlməsi qeyd olunur. Belə simptomlar müşahidə olunduqda həkimə müraciət edilməsi tövsiyə edilir.
Təşkilatın açıqlamasında vurğulanır ki, insan orqanizmində baş verən dəyişikliklər diqqətlə izlənməli və qeyri-adi simptomlar yarandıqda həkimə müraciət edilməlidir. Erkən diaqnoz müalicənin uğurlu olma ehtimalını artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*