Yuxusuzluqdan əziyyət çəkənlər niyə kökəlir? – Rusiyalı həkimdən AÇIQLAMAbackend

Yuxusuzluqdan əziyyət çəkənlər niyə kökəlir? – Rusiyalı həkimdən AÇIQLAMA

Yuxu pozğunluğu müəyyən problemlərə və diskomforta səbəb olur. Yuxusuzluqdan daha çox kişilərin əziyyət çəkdiyi bildirilir. Alimlər hesab edirlər ki, yuxusuzluq daha şox kişilərin səhhətinə mənfi təsir edir.

Rusiyalı psixoanalitik Aleksey Melek bildirib ki, yuxu pozğunluğu təkcə psixoloji duruma deyil, eyni zamanda  piylənməyə və çəki artımına da təsir edir. Mütəxəssis hesab edir ki, yuxu pozulduqda orqanizmdə müəyyən dəyişiklik başlayır, maddələr mübadiləsi pozulur:

“Bu, iştahla, əhval-ruhiyyə ilə əlaqəlidir. Bu cür problemlə üzləşən hər bir insan endokrinoloqa müraciət etməlidir və çalışıb çoxlu yatmalıdır. Yuxunun olmaması iştahı tənzimləyən hormonlara təsir edir. Bu isə kalori qəbulunun artmasına səbəb olur. Eyni zamanda, bu gün yuxu təbabətində, somnologiyada və klinik psixologiyada dəqiq bilmədiyimiz məqamlar var. Hələ tam məlum deyil ki, hansı mexanizmlər  iştaha və çəki artımına təsir  edir. Bu günə qədər bu suala dəqiq cavab yoxdur.

Ancaq üç fərziyyə var. Birincisi, yuxu pozğunluğu sinir sisteminin işində dəyişikliyə səbəb olur və bu, neyrofizioloji dəyişikliklərdir. Yəni beynin kortikal hissələri stimulları müəyyən bir şəkildə emal etmək, iştahı idarə etmək, iştahı əngəlləmək və tənzimləmək, qida xüsusiyyətlərini seçmək, üstünlüklər yaratmaq, qoxu və dad reaksiyaları üçün cavabdehdir.

Yuxu çatışmazlığı səbəbindən prefrontal korteksdə disfunksiya tez-tez müşahidə olunur. Bunlar beynin proqramlaşdırma, nəzarət, tənzimləmə üçün cavabdeh olan sahələridir və əsasən həm yemək davranışı, həm də yuxu pozğunluqlarında iştirak edir. Yuxu çatışmazlığı beyndə dəyişikliklərə səbəb olur. Baş verən dəyişiklik yemək motivasiyasını idarə etməklə məsuldur.

Kortikal və subkortikal strukturların həddindən artıq aktivləşməsi həm qidanın qabarıqlığını, həm də yemək davranışını dəyişdirir, qidanın qabarıqlığı artır və qida istehlak etmək motivasiyasında dəyişiklik olur. Bu da yemək davranışında dəyişikliklərə gətirib çıxarır.  İnsan yuxusuz qaldıqda, o, serotoninlə əlaqəli  triptofanla zəngin qidalara yönəlir. Onu şirin, rəngarəng, parlaq və kaloriylə zəngin qidalar cəlb edir. Həmçinin, yuxunun olmaması və digər yuxu pozğunluqları disforiyaya – narazılığa səbəb olur və hər hansı bir narahatlıq ən çox reqressiv davranış formaları ilə müşayiət olunur.

Yuxu həm də təhlükəsizlik sistemi ilə, ilkin normal narsisizmlə əlaqələndirilir. İnsan hər şeyin qaydasında getdiyini hiss etdikdə özündən razılıq başlayır. Yuxu zamanı nasazlıq baş verərsə, sinir sistemi “qənaət” rejimini işə salır. Belə vəziyyətləri sabitləşdirməyin ən primitiv yolu isə yeməkdir. Odur ki, insan həddindən artıq yeməyə başlayır.

Nə etməli?

Yeməkdən istifadəyə mütləq diqqət yetirilməlidir. Yeməmək üçün daha çox fiziki fəaliyyətlə məşğul olunmalıdr. Xroniki yuxu çatışmazlığından əziyyət çəkənlər  mütləq həkimə müraciət etməlidir. Səbəblər axtarılmalı, düzgün müalicə seçməlməlidir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*