Zakir Həsənov Pakistana başsağlığı veribbackend

Zakir Həsənov Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

KONKRET.az xəbər verir ki, başsağlığında deyilir:

“Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.

Allah rəhmət eləsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*