Zakir Həsənov və Hulusi Akar “Anadolu Qartalı-2023” təlimlərini izlədilər – FOTO/VİDEObackend

Zakir Həsənov və Hulusi Akar “Anadolu Qartalı-2023” təlimlərini izlədilər - FOTO/VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.

KONKRET.az xəbər verir ki, təlimlər üçün Konyaya səfər edən Z.Həsənovu türkiyəli həmkarı 3-cü Baş Reaktiv Baza Komandanlığında qarşılayıb.

“Anadolu Qartalı” Təlim Mərkəzində şəxsi heyəti birlikdə qarşılayan nazirlər daha sonra xatirə fotosu çəkdiriblər.

Brifinqdən sonra H.Akar, Z.Həsənov və digər qonaqlar təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü fəaliyyətlərini, ardınca isə Hərbi Hava Qüvvələri Komandanlığının pilotaj qrupu “Türk Yıldızları”rının şousunu izləyiblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*