Zalujnıdan SENSASİON AÇIQLAMA: “Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması…”backend

Zalujnıdan SENSASİON AÇIQLAMA: "Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması..."

Ukraynanın Britaniyadakı səfiri, ölkənin sabiq Silahlı Qüvvələr Baş komandanı Valeri Zalujnı Ukraynanın 1991-ci il sərhədlərinə dönməsi ilə bağlı ümidləri “möcüzə gözləmək” adlandırıb.

“Ümid edirəm ki, bu zalda artıq heç kim möcüzə gözləmir. Heç bir ‘ağ qu quşu’ Ukraynaya sülh gətirməyəcək. 1991-ci və ya 2022-ci il sərhədlərinə dönüş olmayacaq. Mənim şəxsi fikrimə görə, düşmənin imkanları, resursları və hücum gücü olduğu müddətdə biz bu reallıqla yaşamalıyıq”, – deyə Zalujnı bildirib.

KONKRET.az xəbər verir ki, o vurğulayıb ki, Rusiya hazırda resursların tükənməsinə əsaslanan müharibə aparır və bu imkanlar tükənmədikcə, müharibəni davam etdirmək iqtidarındadır.

“Biz yalnız Rusiyanın hərbi-iqtisadi potensialını tam sıradan çıxarmaqla qalib gələ bilərik. Bu isə insan resurslarının və maliyyənin minimum istifadəsi ilə yüksək texnoloji müharibə aparmağı tələb edir. Ukraynanın demoqrafik və iqtisadi vəziyyətini nəzərə alsaq, başqa cür müharibə aparmaq imkanı yoxdur və bunu düşünmək belə yersizdir”, – deyə o əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*