Zaporojyedə spirtli içkilərin satışına tam qadağa tətbiq edildibackend

Zaporojyedə spirtli içkilərin satışına tam qadağa tətbiq edildi

Ukraynanın Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski bölgədə spirtli içkilərin pərakəndə satışının müvəqqəti (tam) qadağan edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

“Fərman 5 may 2023-cü il saat 00:00-dan 3 avqust 2023-cü il saat 00:00-dək Zaporojye vilayətinin ərazisində alkoqollu məmulatların pərakəndə satışına müvəqqəti (tam) qadağa qoyur (bəzi içkilər istisna olmaqla)”, – Balitski yazıb.

O vurğulayıb ki, fərmanın pozulmasına görə cərimələr nəzərdə tutulub. Bu normaları pozan fərdi sahibkarlar da hüquqi şəxslər üçün nəzərdə tutulmuş sanksiyaya məruz qalacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*