Zaqatalada arvad ərini bıçaqladıbackend

Zaqatalada arvad ərini bıçaqladı

Zaqatalada arvad ərini bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.

Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı S.Qurbanova kəsici alətlə həyat yoldaşı S.Qurbanovun qoluna xəsarət yetirib.

S.Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*