Zaqatalada DƏHŞƏT: 5 yaşlı uşaq yük maşınının altında qaldıbackend

Zaqatalada DƏHŞƏT: 5 yaşlı uşaq yük maşınının altında qaldı

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

KONKRET.az xəbər verir ki, APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*