Zas: “KTMT Ermənistana kömək üçün bütün tədbirlər kompleksini təklif edib” – İrəvan “ƏRKÖYÜNLÜK” EDİRbackend

Zas: "KTMT Ermənistana kömək üçün bütün tədbirlər kompleksini təklif edib" - İrəvan "ƏRKÖYÜNLÜK" EDİR

“KTMT Ermənistana kömək üçün bütün tədbirlər kompleksini təklif edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Stanislav Zas Belarusun ONT telekanalına müsahibəsində bildirib.

Zas bildirib ki, KTMT Ermənistana yardım üçün bütün tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.

“Vəziyyət asan deyil. Ermənistanla Azərbaycan sərhədində demək olar ki, hər gün atışma olur. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi tədbirlər kompleksində müxtəlif tədbirlər var: həm siyasi-diplomatik, həm də hərbi, o cümlədən vəziyyəti real vəziyyəti qiymətləndirəcək missiyanın bu sərhədə göndərilməsi. Onlar bütün dövlətlərdən dəstək tapdı.

Yeganə nail olunmayan şey orada yaranmış vəziyyətin ümumi qiymətləndirilməsidir”, – deyə Zas bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*