Zaur Mahmudov Bakıya gətirildibackend

Zaur Mahmudov Bakıya gətirildi

Ötən gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman baş vermiş piyada əleyhinə mina partlayışı nəticəsində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır.

  • Vuqar Məmmədoglu
    Dekabr 27, 2023 - 19:34

    Allah şəfa versin!

Vuqar Məmmədoglu üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*