Zaxarova: “Bizim imkanlarımızdan istifadə etmək istəsələr hazırıq”backend

Zaxarova: “Bizim imkanlarımızdan istifadə etmək istəsələr hazırıq”

“Moskva Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa yardım etməyə hazırdır”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycan prezidentinin Ermənistanı Qərbi Azərbaycan icmasının nümayəndələri ilə danışıqlara başlamaq çağırışı ilə bağlı sualını cavablandırarkən deyib. Zaxarova qeyd edib ki, üçtərəfli sazişlərin elementlərindən biri humanitar blokun müzakirəsidir: “ Bura keçmiş qaçqınların hüquqlarına hörmət, mədəni və dini irs abidələrinin qorunması, itkin düşmüş şəxslərin axtarışı və mübadilə kimi məsələlər daxildir. Biz dəfələrlə rəsmi və ictimai humanitar məsələlərin bütün spektri üzrə Bakı ilə İrəvan arasında dialoqun bərpasının vacibliyini qeyd etmişik . Əgər tərəflər bizim imkanlarımızdan istifadə etmək istəsələr, biz də öz tərəfimizdən kömək etməyə hazırıq ”, -deyə  Zaxarova bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*