Zaxarova “Sputnik”dəki əməliyyat barədə: “Narahatıq”backend

Zaxarova "Sputnik"dəki əməliyyat barədə: "Narahatıq"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik Azərbaycan-ın ofisində keçirilən əməliyyat barədə danışıb.

KONKRET.az xəbər verir ki, Zaxarova deyib:

“Moskva Bakıdakı rus diplomatlarının iki saatdan artıqdır jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatdır. Azərbaycan tərəfi səbəbləri izah etmədən diplomatlarımızın rusiyalı jurnalistlərlə əlaqə saxlamasına icazə vermir”, Zaxarova vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə fəaliyyəti dayandırılsa da, “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməkdaşların işə çıxdığı məlum olub. Buna görə də, qurumda əməliyyat keçirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*