Zaxarovadan erməni jurnalistə SƏRT SÖZLƏR: “Bu, artıq küfrdür”backend

Zaxarovadan erməni jurnalistə SƏRT SÖZLƏR: "Bu, artıq küfrdür"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti mətbuat konfransı zamanı erməni jurnalistin sualına sərt reaksiya verib. Hadisə konfransın sual-cavab sessiyasında yaşanıb.

KONKRET.az xəbər verir ki, Erməni jurnalist regionda baş verən son hadisələrlə bağlı Rusiya hökumətini qərəzli siyasətdə ittiham edib və xüsusilə Qarabağ məsələsində Kremlin “laqeyd” mövqeyini tənqid hədəfinə çevirib.

Jurnalistin ittihamlarını əsassız və təxribatçı adlandıran Zaxarova sərt şəkildə cavab verib:

“Siz artıq tənqid deyil, açıq şəkildə təhqir və yalanla məşğulsunuz. Bu, artıq küfrdür! Rusiya nəinki bölgədə sabitliyin qorunması, hətta humanitar böhranların qarşısının alınması üçün dəfələrlə təşəbbüslərlə çıxış edib. Tarixi saxtalaşdırmaqla heç bir nəticə əldə edə bilməzsiniz.”

Zaxarovanın bu reaksiyası sosial mediada və ictimaiyyətdə geniş rezonans doğurub. Bir çox beynəlxalq analitiklər onun çıxışını Moskvanın Cənubi Qafqaz siyasətinə dair mövqeyinin sərtləşməsi kimi dəyərləndirirlər.

Qeyd edək ki, bu, Mariya Zaxarovanın erməni jurnalistlərlə ilk qarşıdurması deyil. O, daha əvvəl də bir neçə dəfə Ermənistan tərəfinin ittihamlarını qərəzli və təxribat xarakterli adlandıraraq kəskin şəkildə cavab vermişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*