“Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya və Azərbaycan arasında mövcud ziddiyyətlərdən etnik zəmində nifrətin qızışdırılması üçün istifadə etməyə hazırlaşır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən etnik zəmində nifrət və düşmənçiliyin qızışdırılması üçün istifadə etmək niyyətindədir. Xüsusilə, Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan Rusiya vətəndaşlarından istifadə etmək planlarından xəbərimiz var. İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılacaq”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az