Ukrayna Prezidenti Vladimir Zelenski “ABC News” telekanalına verdiyi müsahibədə bildirib ki, “Pautina” (tor) adlı xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinə məxsus 41-42 hərbi təyyarə məhv edilib. Onun sözlərinə görə, bu əməliyyat nəticəsində Rusiya tərəfinə 7 milyard dollardan çox maddi ziyan dəyib.
KONKRET.az xəbər verir ki, Zelenski əlavə edib: əməliyyatda istifadə olunan yük maşınlarının sürücüləri dronların onlardan buraxıldığından xəbərsiz olublar və sadəcə öz işlərini görüblər.
Natiq Səlim,
KONKRET.az