Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskiyə yeni general hərbi rütbəsi verib.
KONKRET.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
580 nömrəli fərman 23 avqust 2024-cü il tarixdə imzalanıb. Bundan əvvəl Sırski general-polkovnik rütbəsinə sahib idi. General Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarında ən yüksək hərbi rütbədir.
Bundan əlavə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı rütbələrini yüksəldib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Bargileviç general-leytenant rütbəsi alıb, əvvəllər general-mayor olub. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, briqada generalı olan Andrey Qnatov general-mayor rütbəsi alıb.
Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın “The Economist” nəşri yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini Kursk vilayətinə hücumdan əvvəl işdən çıxarmaq istəyiblər.
Günel Mikayılova,
KONKRET.az