Zelenski bu ölkələrdə görüş keçirilməsini istəmirbackend

Zelenski bu ölkələrdə görüş keçirilməsini istəmir

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və Belarusda görüşməkdən imtina edib.

Bu barədə KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Zelenski ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla potensial üçtərəfli görüşü müzakirə edib.

Ukrayna liderinin sözlərinə görə, Budapeşt onun üçün problem deyil. Məsələ sadəcə Macarıstanın Baş naziri Viktor Orban və onun Kiyevə qarşı siyasətindədir.

“Əgər nəticələr əldə edilərsə, qoy danışıqlar istənilən yerdə keçirilsin. Bizim məqsədimiz müharibənin sona çatmasıdır. Harada olmasının fərqi yoxdur. Demək olar ki, fərqi yoxdur – Rusiyada olmasın, əlbəttə ki, və Belarusda da olmasın”, – deyə Volodimir Zelenski qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*