Zelenski Duqinanın qətli ilə bağlı AÇIQLAMA YAYDIbackend

Zelenski Duqinanın qətli ilə bağlı AÇIQLAMA YAYDI

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin jurnalist Daria Duqinanın qətlində əli olmadığını açıqlayıb.

KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, bu sözlər Zelenski Krım Platformasının sammitində səsləndirilib.

“Bu, şübhəsiz ki, bizim məsuliyyətimiz deyil. Bu, bizim ölkənin vətəndaşı deyil, bizi maraqlandırmır. Və o, Ukrayna ərazisində olmayıb”, – deyə prezident bildirib.

Qeyd edək ki, Darya Dugina avqustun 20-də Tradition festivalından qayıdarkən avtomobilində baş verən partlayış nəticəsində dünyasını dəyişib .

Avqustun 22- də Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Duqinanın qətlinin sifarişçisi ukraynalı Natalya Vovk olub, cinayətin təşkilində isə Ukrayna xüsusi xidmət orqanları dayanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*