Zelenski Hərbi Hava Qüvvələrinə yeni komandan təyin etdibackend

Zelenski Hərbi Hava Qüvvələrinə yeni komandan təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Anatoli Krivonoşkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edib.

KONKRET.az xəbər verir ki, Anatoli Krivonoşko 2024-cü ilin avqust ayından bəri Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini müvəqqəti icra edirdi. O, bu postda general-leytenant Nikolay Oleşçuku əvəz etmişdi.

Xatırladaq ki, Zelenski əvvəlki komandanı 2024-cü ilin avqustunda – Ukraynaya təhvil verilmiş ilk F-16 qırıcı təyyarəsinin itirilməsindən sonra vəzifədən azad etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*