Ukraynanın “Birinci Qərb” telekanalı Prezident Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanıdığını əks etdirən video yayımlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .
Noyabrın 19-da media saytında dərc olunan videoda Ukrayna Prezidenti bəyan edib ki, Moskva hərbi münaqişədə Kiyevi qalib hesab etməyə rəsmi razılıq verməsi şərti ilə ölkə Donetsk, Luqansk və Krımı Rusiya əraziləri kimi tanımağa hazırdır.
Bundan başqa, həqiqiliyi sübuta yetirilməyən videoda Zelenski Rusiya Prezidenti Vladimir Putinə Krıma rəhbərlik etmək arzusunu ifadə edərək əlavə şərt təqdim edib.
Video bir neçə dəqiqə içində silinib. Ukrayna telekanalı insidentlə bağlı şərh bildirməyib və ya hər hansı haker hücumu barədə məlumat verməyib.
