Zelenski Putini “xəstə baba” adlandırdıbackend

Zelenski Putini “xəstə baba” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə ölkə vətəndaşlarına müraciət edib. Onun videomüraciəti, özünün dediyi kimi, avqustun 6-da Ukrayna qoşunlarının daxil olduğu Rusiyanın Kursk vilayəti ilə sərhəddən çox da uzaq olmayan Sumı vilayətində qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Zelenski Kremlin sahibini “xəstə baba” adlandırıb və qeyd edib ki, Ukrayna ondan qorxmur.
“Qırmızı Meydandan gələn, hər kəsi daim qırmızı düymə ilə hədələyən “xəstə baba” qırmızı xətlərlə bizə diktə etməyəcək. Necə yaşamaq, hansı yolla getmək və hansı seçim etmək yalnız Ukrayna və ukraynalılar tərəfindən müəyyən ediləcək. Çünki müstəqillik belə işləyir” deyə o, qeyd edib.

Onun sözlərinə görə, ukraynalılar həmişə öz borclarını qaytarırlar:

“Bizim torpağa bəla arzulayanı bəla artıqlaması ilə öz evində tapacaq. Kim bizim torpağımızda şər əkmək istəyirsə, onun bəhrəsini öz ərazisində biçəcək. Bu peyğəmbərlik, lovğalıq, kor intiqam deyil, bir nümunədir. Ədalətdir, pislik üçün bumeranqdır. Və onun işə salınması bu müraciəti səsləndirdiyim yerin yaxınlığında başladı”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*