“Zelenski Qərb naminə Ukraynanı məhv edir” – Medvedçukbackend

"Zelenski Qərb naminə Ukraynanı məhv edir" - Medvedçuk

“Zelenski Qərb naminə Ukraynanı məhv edir”.

KONKRET.az xəbər verir ki, bunu Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin qarşısını ala bilsə də, ölkəni, sülhü və sabitliyi Qərb müttəfiqlərinin razı qalması üçün qurban vermək qərarına gəlib.

Bu gün Qərb hər fürsətdə bu eqolu adamı sığallayır. Bu, möhtəşəm görüntü naminə ölkəsini dağıtmağa hazır olan hökmdarın uğurudur. Vətəndaşlarının qanının, iztirabının hesabına reytinq qazanmaq böyük uğurdur. Alqışlar və gözəl duruş naminə Zelenski öz ölkəsinin sülhünü, dincliyini və sabitliyini bıçaq altına qoydu”, – deyə Medvedçuk bildirib.

O hesab edir ki, Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderliyini itirib, ona görə də ona “düşmənlər və müharibə lazımdır”. Onun fikrincə, ölkə qaynar nöqtəyə çevrilməyə məhkum idi.

Siyasətçi hesab edir ki, Ukrayna Prezidenti daha az qürurlu və hiyləgər olsaydı, münaqişənin qarşısını almaq olardı.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*