Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbi təyyarələrinə qarşı keçirilən son uzaqmənzilli əməliyyatı yüksək qiymətləndirib.
“Bu, tamamilə parlaq və Ukraynanın müstəqil əməliyyatıdır. Planlaşdırma mərhələsindən icrasına qədər 1 il, 6 ay və 9 gün keçdi. Bu, bizim ən uzaq məsafəli hərbi əməliyyatımızdır,” – deyə dövlət başçısı bildirib.
KONKRET.az xəbər verir ki, prezident əlavə edib ki, əməliyyatı həyata keçirən ukraynalı hərbçilər öncədən Rusiya ərazisindən çıxarılıb. Zelenski əməliyyatın uğurlu icrasına görə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri general Vasıl Malyuku xüsusi təşəkkür edib və ictimaiyyətə açıqlana biləcək detallar barədə məlumat verilməsini SBU-ya tapşırıb.
“Əlbəttə, hər şeyi açıq deyə bilmərik, lakin bu əməliyyat Ukrayna tarix kitablarında yer alacaq, – deyə Zelenski vurğulayıb.
Prezident sonda bildirib:
“Ukrayna özünü qoruyur və tamamilə ədalətli şəkildə – Rusiya bu müharibəni başlatdı, elə də bitirməlidir.”
Natiq Səlim,
KONKRET.az