Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində Rusiya tərəfinin hələ də atəşkəsə dair heç bir siqnal vermədiyini və müharibəni dayandırmaq istəmədiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya bu mərhələdə sülhə maraq göstərmir və münaqişəni davam etdirməkdə israrlıdır.
Zelenski, həmçinin Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiya ordusunun 63 mindən çox itki verdiyini – həm ölən, həm də yaralananların olduğunu açıqlayıb.
Dövlət başçısı qeyd edib ki, əsirlərin “1000-ə 1000” prinsipi ilə dəyişdirilməsi üçün hazırlıqlar davam etdirilir və Ukrayna bütün vətəndaşlarını geri qaytarmaq əzmindədir. Bundan əlavə, Prezident ölkəsinin Avropa İttifaqına üzvlük istiqamətində danışıqlara ciddi şəkildə hazırlaşdığını da vurğulayıb.
Natiq Səlim,
KONKRET.az