Zelenski Rusiyanın UNESCO-dan çıxarılmasını TƏLƏB ETDİbackend

Zelenski Rusiyanın UNESCO-dan çıxarılmasını TƏLƏB ETDİ

Rusiya Ukraynada mədəniyyət və təhsil müəssisələrinin kütləvi şəkildə dağılmasına və zədələnməsinə görə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) xaric edilməlidir.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski UNESCO-ya müraciətində belə deyib.

“Hörmətli bəşəriyyətin təhsil, elm və mədəniyyət nailiyyətlərinin müdafiəçiləri! Mənə deyin, zəhmət olmasa, Rusiyanın nümayəndələri niyə hələ də aranızdadır? Onların UNESCO-da nə işi var? UNESCO-da terror dövlətinin nümayəndələri necə ola bilər ki? Onlar başqa ölkədə dağıntılara səbəb olması ilə fəxr edir”.

Zelenski vurğulayıb ki, terrorçu dövlətin mədəni və təbii irsin mühafizəsi üzrə əsas orqanlardan birinə – UNESCO-nun Ümumdünya İrs Komitəsinə sədrlik etmək mütləq hüququ yoxdur. O qeyd edib ki, Rusiya qurumun reputasiyasını dəyərsizləşdirir.

“Terrorçu dövlət UNESCO-nun bütün orqanlarından və təşkilatın özündən xaric edilməlidir. Qoy bu, dünyada hamı üçün tarixi bir nümunə olsun ki, mədəniyyətin düşməninə, tarixin düşməninə, təhsilin düşməninə, elm düşməninə heç kim dözməz”, – deyə Prezident vurğulayıb.

Zelenski qeyd edib ki, Rusiya öz terror zərbələri ilə artıq Ukraynada 2600-dən çox təhsil müəssisəsini dağıdıb və ya zədələyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*