Ukrayna Prezidenti Zelenski Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklifi barədə məktub göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, Zelenski bu gün Vatikanda ABŞ-ın vitse-prezidenti C.D. Venslə görüşüb. Görüşdə Rusiya-Ukrayna müharibəsi, İstanbul sülh danışıqları və cəbhədəki son vəziyyət müzakirə olunub. Tərəflər, həmçinin ABŞ və Ukrayna arasında imzalanmış iqtisadi tərəfdaşlıq sazişinin icrası məsələsini də dəyərləndiriblər.
Zelenski və Vens Vatikanın yeni rəhbəri Papa XIV Leo-nun andiçmə mərasiminə qatılmaq üçün Romada olublar.
Aynurə İsmayıl
KONKRET.az