Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində çıxışı zamanı ölkəsinin müdafiə sənayesinin imkanlarına toxunub. Onun sözlərinə görə, Ukraynanın ümumi müdafiə potensialı 44 milyard dollardan çoxdur və bu, artilleriyadan tutmuş raket və dronlara qədər minə yaxın silah növünü əhatə edir.
KONKRET.az Lakin Zelenski vurğulayıb ki, bu potensialın təxminən 40%-i maliyyə çatışmazlığı səbəbindən reallaşmır.
“Biz ildə 8 milyon dron istehsal edə bilərik, lakin bunun üçün vəsait yalnız kiçik bir hissəsinə çatır. Eyni zamanda Rusiya müharibəni təkcə neft gəlirləri ilə deyil, Şimali Koreya və İranın dəstəyi ilə də maliyyələşdirir. Ona görə də ən yaxşı müdafiə – birgə həmrəylikdir”, – deyə Zelenski bildirib.
Natiq Səlim,
KONKRET.az