Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 1250 km² əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir.
KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bir neçə ay əvvəl dünyanın bir çoxu, əgər bizim Kursk bölgəsində olduğu kimi belə bir əməliyyat planlaşdırdığımızı eşitsəydilər, bunun qeyri-real olduğunu və Rusiyanın mövcud olan ən qırmızı xəttini keçdiyimizi söyləyərdilər. Rusiyanın “qırmızı xətləri” ilə bağlı bütün anlayışlar bu günlərdə Sudja yaxınlığında darmadağın oldu”, – deyə o, qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az